Kremlin rəsmi saytı xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin fevralın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb, söhbət zamanı Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub.
“İnterfaks” agentliyinin məlumatına görə, görüşdə Ermənistan, Azərbaycan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatlarda nəzərdə tutulmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Ermənistanda sabitlik və təhlükəsizliyin təmin edilməsi məsələləri üzrə fikir mübadiləsi davam etdirilib.
Bundan başqa ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə də toxunulub- deyə məlumatda bildirilir.