Putinin saraydaxili çevriliş qorxusu: 'Yaxın ətrafına belə etibar etmir'

Sizin brauzer HTML5-i dəstəkləmir

Sosioloji sorğular Vladimir Putinin reytinqinin düşdüyünü göstərir, Rusiya mediası prezidentin mövqeyinin sarsıldığını yazır, xarici kəşfiyyat isə onun saraydaxili çevrilişdən qorxaraq ciddi tədbirlər gördüyünü bildirir. CNN-in məlumatına görə, Kreml Putinin şəxsi təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib və onun ən yaxın adamlarının evlərində nəzarət sistemləri quraşdırıb. Prezidentlə birbaşa işləyən aşpazlara, cangüdənlərə və fotoqraflara ictimai nəqliyyatdan istifadə etmək qadağan olunub. Onun ətrafındakı şəxslər isə yalnız internetə çıxışı olmayan telefonlardan istifadə edə bilərlər. Məlumatda həmçinin qeyd olunub ki, Rusiya təhlükəsizlik rəsmiləri Putinin müntəzəm olaraq getdiyi yerlərin sayını kəskin şəkildə azaldıblar.