Putin BMT-nin Baş Assambleyasına getməyəcək

Kremldən alınan xəbərlərdə deyilir ki, Rusiya prezidenti Vladimir Putin bu ay keçirilən BMT Baş Assambleyasına getməyəcək.

Putinin sözçüsü Dmitri Peskov sentyabrın 2-də dövlət mediasına deyib ki, Rusiya lideri sentyabrın 12-də Nyu Yorkda açılacaq Baş Assambleyada iştirak etməyi planlaşdırmır.

Assambleyada əsas debatlar sentyabrın 19-da başlanacaq. Həmin gün prezident Trump-ın 193 üzvü olan təşkilata müraciət edəcəyi gözlənilir.

Bundan bir gün əvvəl Trump BMT-nin Nyu Yorkdakı qərargahında qonaqları qarşılayacaq.

Rusiyanın bu tədbirə gedən nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. TASS agentliyinin verdiyi məlumata görə Lavrov bu tədbirdə sentyabrın 21-də çıxış etməlidir.