Putin Avstriya xarici işlər nazirinin toyunda rəqs elədi

Karin Kneissl və Vladimir Putin. Avstriya, 18 avqust.

Rusiya prezidenti Vladimir Putin Avstriyada toydadır.

Rusiya prezidenti Avstriyaya bu ölkənin xarici işlər naziri Karin Kneissl-lin toy mərasimində iştirak etmək üçün gedib.

Toy mərasimi Avstriyanın Qrads şəhərində keçirilir.Bu barədə yerli kütləvi informasiya vasitələri xəbər verirlər.

Putin toyd gəlinlə rəqs edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Putin Avstriya xarici işlər nazirinin toyunda gəlinlə rəqs elədi

Avstriyanın 53 yaşlı xarici işlər naziri Karin Kneissl biznesmen Wolfgang Meilinger-lə evlənir.

Mətbuatın yazdığına görə, Vladimir Putin toya hədiyyə kimi Kuban kazaklarının xor ansamblını da aparıb.

Rusiya– Kuban Kazaklarının ansamblı

​BBC-nin Rusiyanın Dövlət qurumuna istinadla verdiyi məlumata görə, ansamblın Avstriyaya aparılması Dövlət büdcəsinə azı 1 milyon 800 min rubla başa gələcək.

Qeyd edək ki, şənbə günü-avqustun 18-I axşam saatlarında Berlində kansler Angela Merkellə Vladimir Putinin görüşü gözlənir.