Fermerlər soğanı sata bilmir: Məhsul zibilə tökülür
Sizin brauzer HTML5-i dəstəkləmir
Bugünlərdə bəzi fermerlər soğanı sata bilmədiyi üçün sosial mediada insanları məhsulu pulsuz gəlib aparmağa çağırır. Ən azından daşınma və tullantı xərclərindən qurtulmaq istəyirlər. Füzuli rayonunda soğan əkən fermer Emin Abbasov da zərər çəkənlərdəndir. O bildirir ki, keçən il 30 kiloluq soğan kisəsini 18-20 manata satırdısa, bu il məhsulu 1 manata belə satmaq mümkün olmayıb.