‘Priveli’ TV-nin ağır şəkildə döyülən opatoru evində ölü tapılıb

Lekso Laşkarava

Pirveli TV şirkətinin operatoru Lekso Lashkarava, Tbilisidə öz mənzilində ölü tapılıb.

Bu barədə kanalın saytındakı xəbərdə deyilir. 5 iyul Tbilisidəki aksiyaları işıqlandırarkən Laşkarava radikalların hücumuna məruz qalıb.

İddia olunur ki, LGBT cəmiyyətinin əleyhdarları onu Gürcüstan parlamentindən uzaq olmayan Sirtsxviliya təşkilatının ofisi qarşısında ağır şəkildə döyüblər.

Laşkarava üz sümüklərinin sınıqları ilə xəstəxanaya çatdırılıb, cərrahi əməliyyata ehtiyac olub. O bir neçə gün əvvəl klinikanı tərk edib və müalicəsini evdə davam etdirib.

Ölümün səbəbi müayinə ilə müəyyən ediləcək. Gürcüstan Daxili İşlər Nazirliyi, "Pirveli" TV-nin operatoru Lekso (Alexandre) Lashkaravanın ölümü ilə bağlı istintaq başlayıb.

Bildirilir ki, istintaq Cinayət Məcəlləsinin 115-ci - intihara aparma maddəsi ilə aparılır.

8 İyulda polis, Laşkarava və "Pirveli" TV-nin jurnalisti Miranda Baqaturiyaya hücum ittihamı ilə iki nəfəri həbs edib . Baqaturiyanın dediyinə görə, hücum edənlər ən azı 20 nəfər olub.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiya zamanı 50-dən çox jurnalist xəsarət alıb.

5 iyul homofobik iğtişaşlar zamanı ümumilikdə 20 nəfər nəzarət altına alınıb.

"Qirçi-Daha çox Azadlıq" müxalifət partiyasının lideri Zurab Çaparidze hesan edir ki, operatorun ölümünə cavabdeyhliyi "Gürcüstan Arzusu" və Gürcüstan pravoslav kilsəsi daşıyır.