İranda hakimiyyət prezident seçkilərində səsverməni daha 2 saat artırıb. Səbəb səsverməyə gələn seçicilərin çoxluğu ilə bağlıdır.
Seçkidə əsas rəqiblərin hazırkı prezident, mərkəzçi-islahatçı Hassan Rouhani və ali dini lider Ali Khamenei-yə yaxın Ebrahim Raisi-nin olduğu bildirilir.
Səsvermənin ilkin nəticəsinin bazar günü – mayın 21-də açıqlanacağı gözlənilir.
Əgər namizədlərdən heç biri səslərin 50-ini toplaya bilməzsə, gələn həftə seçkinin ikinci mərhələsi baş tutacaq.
Bu gün İranda keçirilən prezident seçkisi 1979-cu il İslam İnqilabından sonra ölkədə baş tutan 12-ci seçkidir.
Seçkidə 6 namizəd ölkə başçısı olmaq uğrunda mübarizə aparır.