Prezident pələnglərin arasında

2018-ci ilin fevralında açılmlş sərgi Daşkənddə Ok Saroy sarayının ərazisindədir. İslam Karimov həyatının sonunadək burada yaşayıb.

Sərgiyə gələn qonaqlar. Muzeyin işçisi AzadliqRadiosuna deyib ki, rəsmlərin çoxu onun evindən götürülüb bəziləri isə sərgi üçün sifariş olunub.

Gənc İslam Karimovun portreti - "Tələbəlik illərindən xatirə". Səmərqənddə dünyaya gələn İslam Karimov iqtisadiyyatı öyrənib

İslam Karimov rəssamın gözü ilə. O 25 il müstəqil Özbəkistana rəhbərlik edib. Karimovun hakimiyyəti dövründə heç vaxt şəffaf seçkilər keçirilməyib. 

Bu rəsm 2005-ci ildə çəkilib - Karimov kənd ağsaqqalları ilə dua edir. İslam Karimov həmçinin radikal islamçılarla sərt mübarizəsi ilə məşhur idi.

İslam Karimov pələnglərin arasında.

İslam Karimov və qız

Pələnglə döyüş

İslam Karimovun 2017-ci ildə çəkilmiş portreti

Gənclər sərgidə İslam Karimovun portreti ilə şəkil çəkdirirlər

İslam Karimov BMT-də çıxış edir. Əsərin adı - "Kainatı ağuşuna alan ürək"

Özbəkistanın gələcəyi. Hökumətin sifarişi ilə 2017-ci ildə çəkilmiş rəsm

Muzeydə Karimovun bürünc heykəl və büstləri də sərgilənir

Yeniyetmə Karimovun portreti

Aral dənizinin faciəsi

İslam Karimovun bürünc heykəli

Bu cür əl işləri Səmərqənddə çox yerdə satılırdı lakin bu şəkil çəkiləndən sonra avqustun 4-də hökumət nümayəndələri belə suvenirlərin satışını qadağan edib. Jurnalistlər deyirlər ki, onlara xüsusi tapşırıq verilib - keçmiş prezidentin adını çəkmək onun haqda danışmaq qadağandır. 
 

İslam Karimovun ölümündən iki il sonra keçmiş prezident sarayı muzey kimi fəaliyyətə başlayıb. Muzeydə İslam Karimovun portretləri sərgilənir.