Poroshenko: Rusiya Ukrayna ilə sərhədə 80 mindən çox qoşun toplayıb

Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko deyir ki,Rusiya Ukrayna ilə sərhədə,həmçinin ilhaq elədiyi Krıma, separatçı Donetsk və Luhansk vilayətlərinə 80 mindən çox qoşun toplayıb.

“Ukrainskaya pravda” portalının məlumatına görə, Poroshenko dekabrın 1-də Ukrayna silahlı qüvvələrinə yeni texnikaların verilməsi ilə bağlı mərasimində çıxış edərkən deyib ki,bu qruplaşamaya həmçinin 1400-ə yaxın artileriya və raket sistemləri,900 tank,2300 zirehli maşın,500-dən çox təyyarə və 300 vertolyot daxildir.

Poroshenkonun sözlərinə görə,Qara,Azov və Egey dənizləri hövzəsində 80-dən çox Rusiya gəmisi və 8 sualtı qayıq var.

Qeyd edək ki, Rusiya bu günlərdə Ukraynanın 3 hərbi gəmisini Qara dənizda saxlayaraq Kerç limanına aparıb.

Rusiya gəmilərin onun ərazisinə daxil olduğunu və dayanmaq əmrinə tabe olmadıqlarını iddia edir.

Ukrayna isə deyir ki, ikitərəfli razılaşmaya görə tərəflər Qara və Ozov dənizindən birgə istifadə edə bilərlər.

Ukrayna bu insidentdən sonra Rusiya ilə sərhəd bölgələrində 1aylıq hərbi vəziyyət rejimi elan edib.

Rusiya isə deyir ki, Ukraynana qarşı heç bir təcavüzkar planı yoxdur.

Beynəlxalq aləm Rusiyanın Ukrayna gəmilərini saxlamasını kəskin pisləyib və heyət üzvləri də daxil olmaqla gəmiləri buraxmağa çağırıb.