Ukrayna prezidenti Petro Poroshenko bu ölkədə rəsmi səfərdə olan amerikalı senatorlarJohn McCain, Lindsey Graham və Amy Klobuchar və ABŞ-ın Kiyevdəki səfiri Mary Yovanovitch Donetsk vilayətində hərbi bölməyə baş çəkib.
Onlar ukraynalı hərbçiləri Yeni il münasibətilə təbrik ediblər.
Bu barədə Poroshenko öz Facebook səhifəsində yazıb.
Dövlət başçısı yazıb: “Ukraynalı müdafiəçilərin amerikalı dostlarımızdan bunu eşitmələri çox xoş oldu: Biz təkcə Ukraynanın müstəqilliyini yox, bütün demokratik dəyərləri müdafiə edirik”.