Nur-Sultana səfəri zamanı ABŞ-ın Dövlət katibi Mike Pompeo qohumları Sincandakı "xüsusi islah düşərgələri"ndə saxlanılan Çindən olan etnik qazax ailələri ilə görüşüb.
Pompeo Qazaxıstanı Çinin Sincan əyalətindən gələn etnik azlıqlara sığınacaq verməyə çağırıb.
«Biz sizdən xahiş edirik Çindən qaçıb gəlmək istəyənlərə təhlükəsiz sığınacaq verin" deyə Pompeo Qazaxıstanın xarici işlər naziri Mukhtar Tleuberdi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Qazaxıstana səfəri zamanı Pompeo ölkə prezidenti ilə yanaşı keçmiş prezident Nursultan Nazarbayevlə də görüşəcək.
Bundan əvvəl Pompeo Belarus və Ukraynada səfərdə olub. Fevralın 2-i günün ikinci yarısı Pompeo-nun Özbəkistana səfəri planlaşdırılır.