Polkovnikin cəzalanmasında Rusiya izi?

-

Müdafiə Nazirliyinin Silah və Texnika İdarəsinin rəisi, polkovnik Yaqub Əhədov bu günlərdə vəzifəsindən azad olunub.

“Polkovnik Yaqub Əhmədov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə, tutduğu vəzifədən azad edilib”. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Turan-a belə deyiblər.

Mətbuat xidməti polkovnikin yol verdiyi nöqsanların nədən ibarət olduğunu açıqlamayıb.

Yaqub Əhədovun barəsində cinayət işinin açılması isə, rəsmən təsdiqlənmir.

Bu arada yerli media, polkovnikin Rusiyadan silah alınmasında yol verdiyi nöqsanlara görə vəzifədən uzaqlaşdırılması, rütbəsinin aşağı salınması və barəsində cinayət işinin açılmasına dair məlumatlar yayıb.

Azpolitika.info saytında yazılırdı ki, Yaqub Əhədov Rusiya baş nazirinin müavini Dmitri Roqozinin martın 3-də Bakıya qəfil səfərindən dərhal sonra vəzifəsindən uzaqlaşdırılıb və barəsində cinayət işi açılıb.

Dmitry Rogozin

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin Bakıya iki ölkə arasında hərbi-texniki əməkdaşlıq barədə Azərbaycan prezidenti İlham Əliyevlə müzakirə aparmaq üçün gəldiyi bildirilirdi.

Roqozinlə bərabər Bakıya “Rosoboroneksport”un və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin rəhbərliyi də gəlmişdi. Rusiya mətbuatı yazırdı ki, Roqozun Azərbaycan tərəfi silah alışı üzrə müqavilələrdə öhdəliklərini yerinə yetirmədiyinə, aldığı silahın pulunu ödəmədiyinə görə Bakıdadır.

Lakin xarici işlər naziri Elmar Məmmədyarov bu yazılanları təkzib etmişdi.
E. Məmmədyarov demişdi ki, Rusiya silahlarının Azərbaycana tədarükünə dair müqavilələr üzrə ödənişlərdə problem yoxdur. Nazirin deməsinə görə, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq uğurla davam edir.

Buna da bax: Bakı yağışdan sonra- [Fotolar]

Bakı yağışdan sonra- [Fotolar]