Savchenko-nun məhkəməsindən canlı yayımı izləyin

Ukraine -- Nadiya Savchenko, archive photo (from Petro Poroshenko twitter)

-

Martın 9-da Rostov vilayətində ukraynalı pilot Nadia Savchenko-nun işi üzrə məhkəmə keçirilir.

Martın 2-də prokuror pilota 23 il həbs cəzası istəyib.

Artıq bir həftəyə yaxındır quru aclıq aksiyası keçirən xanım pilotun məhkəməsindən canlı yayımı aşağıda izləyin.

Savchenko 2014-cü ilin iyununda saxlanıb. O, separatçılar tərəfindən oğurlandığını deyir.

Kiyev pilota qarşı ittihamları saxta sayır. Savchenko deyib ki, hökm oxunandan sonra 10 gün ərzində Ukraynaya qaytarılmasa, yeməyi-içməyi dayandıracaq.