Həftənin şəkilləri: 18-25 yanvar 2012

Əfqanıstanda etiraz aksiyası iştirakçılarından biri ABŞ hərbçilərinin yandırdıqları iddia olunan «Quran»ı qaldırır.

Fevralın 21-də Yunanıstana yardım qərarı qəbul edildikdən sonra Avroqrupun prezidenti Jean-Claude Juncker Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Chrsitine Lagarden'i öpür. (AFP PHOTO/GEORGES GOBET)

Fevralın 21-də Yəməndə prezident seçkisi keçirilib. (REUTERS/Ahmed Jadallah)

Fevralın 22-də Qırğızıstanın Manas hərbi bazası yaxınlığında pravoslav xristianların dini mərasimi. (AFP PHOTO/VYACHESLAV OSELEDKO)

İraqda maşına qoyulan bombanın partlaması zamanı xəsarət alan uşaqlar. 23 fevral. (REUTERS/Mushtaq Muhammed)

Əfqanıstanda ABŞ hərbçilərinin «Quran»ı yandırdıqları barədə xəbər ölkəni etirazlara bürüyüb.  Polis fevralın 24-də Kabildə keçirilmiş aksiyanı dağıdır. (REUTERS/Ahmed Jadallah)

Fevralın 22-də Misirin paytaxtı Qahirədə keçmiş prezident Hosni Muabarak'a qarşı məhkəmə prosesi davam edib. Məhkəmə binasının çölündə onun tərəfdarları toplaşıb. (REUTERS/Amr Abdallah Dalsh)

23 fevral. Suriyanın İdlib şəhərində öldürülən aksiya iştirakçılarından birinin dəfni. Mərasimdə aksiyaçılar bu ölkənin Assad rejimindən əvvəlki bayrağını qaldırıblar. (AFP)

Əfqanıstanda ABŞ hərbçilərinin «Quran»ı yandırması xəbəri ölkəni etirazlara bürüyüb.  (REUTERS/Ahmed Jadallah)

İranda builki parlament seçkisi üçün təbliğat materialları vurulmuş küçə. (REUTERS/Morteza Nikoubazl)

Fevralın 23-də Suriyanın Homs şəhərinə hökumət qüvvələrinin atdığı mərminin qalıqlarını göstərən oğlan. (REUTERS/Moulhem Al-Jundi/Handout)