Həftənin şəkilləri: 28 yanvar - 3 fevral, 2012

Yunanıstanın paytaxtı Afinanın kasıb məhəllələrindən birində boş alış-veriş səbətini itələyən sakin.(REUTERS/Yannis Behrakis)

Rusiya müxalifətinin Kremldən aydın görünən binalardan birinə asdığı "Putin, çıx get" şüarı. (REUTERS/Denis Sinyakov)

Belorusun paytaxtı Minskdəki uşaq bağçalarından birinin buz bağlamış pəncərəsindən baxan qız. (AFP/Victor Drachev)

Əfqanıstanın paytaxtı Kabulda qaynadılmış yumurta satan kişi müştərisini gözləyir. (REUTERS/Mohammad Ismail)

Kosovonun Obilic şəhərinə yağan güclü qarın yollarda yaratdığı mənzərə. (epa/Valdrin Xhemaj)

İraqda polis məktəbinin kursantı buraxılış mərasimində sevincini belə ifadə edir. (AFP/Ahmad al-Rubaye)

Rusiyada Vıritsa şəhərində Baş nazir Vladimir Putinin portreti əks olunan böyük xalça toxunur. (AFP/Valentina Svistunova)

Pakistanda kərpic fabrikinin uşaq fəhləsi. (AFP/Arif Ali)

Leonardo Da Vincinin "Mona Lisa" əsərinin surəti Madridin Prado muzeyində nümayiş olunur. Bu surəti Da Vincinin şagirdlərindən biri onun orijinalı ilə eyni vaxtda və eyni emalatxanada çəkib. (REUTERS/Sergio Perez)

İranda İslam İnqilabının banisi Ayətullah Xomeyninin mühacirətdən Tehrana gəlişinin 33-cü ildönümü onun kartonda çəkilmiş şəklini xüsusi mərasimlə təyyarədən endirməklə qeyd edilir. (MEHR)

Misirin paytaxtı Qahirədə hökumət əleyhinə etiraz aksiyası. (REUTERS/Asmaa Waguih)

Misirin Port Said stadionunda futbol oyunu zamanı baş vermiş qarşıdurmada azı 74 nəfər həlak oldu. Bu adamlar da Qahirədə dəmir yolu vağzalında həmin hadisədə yaralananları qarşılayırlar. (REUTERS)

Pakistanın Lahor əyalətində qurumaq üçün divara inək peyini vuran qadın. Bu əyalətdə həmin peyini yanacaq kimi istifadə edirlər. (REUTERS/Mohsin Raza)

Kaliforniyalı Mario Labrador (sağda) Moskvada Bolşoy Balet Akademiyasında dərslərdə. (REUTERS/Denis Sinyakov)