Dünyada baş verənlər fotoqrafların gözü ilə

İraq hərbi qüvəələrinin üzvü. Foro Mosulun şərqindəki Mithaq əyalətində İslam Dövləti yaraqlıları ilə döyüş zamanı çəkilib. (Reuters/Thaier al-Sudani)

Küçədəki ocaqda qızınmağa çalışan uşaq. Suriyada üsyançıların ələ keçirdiyi Al-Rai şəhəri.(Reuters/Khalil Ashawi)

Gürcüstanda istedad nümaişi şousunda qalib gələn təqaüdçülər. Bu müsabiqə hər il provaslavların Milad bayramı ərəfəsi keçirilir və yaşlı insanlara oxumaq və aktyorluq bacarıqlarını göstərmək imkanı yaradır.  (epa/Zurab Kurtsikidze)

Kabul ətrafındakı çay dükanı. (Reuters/Omar Sobhani)

Rusiyada qışüzgüçülük festivalı keçirilir. İştirakçılar Rusiyanın ənənəvi baş geyimləri ilə. (Reuters/Maxim Shemetov)

Bulqarıstandakı Tunca çayının buzlu sularında adamlar rəqs edir. Onlar Epifani (dini bayram) bayramını qeyd edirlər. Ənənəyə görə, kahin suya bir xaç tullayır. İnanca görə, onu sudan götürən, eləcə də, suda rəqs edənlər il boyu sağlam olacaq. (AFP/Nikolay Doychinov)

Kabulda odun doğrama işində çalışan əfqan kişi. (Reuters/Mohammad Ismail)

Kanadada qarla örtülmüş Rideau kanalı boyunca addımlayan qadın. (Reuters/Chris Wattie)

Makedoniyadakı göldə balıq ovundan sonra. (Reuters/Ognen Teofilovski)

Suriyadakı qəbirstanlıq. (AFP/Abd Doumany)

Nepalın Lalitpur şəhərindəki kərpic zavodunda çalışan yaşlı miqrant işçi buradakı ocaqda qızınmağa çalışır. (epa/Narendra Shrestha)

Samahın 11 yaşı var. O, kiçik qardaşı İbrahim ilə dağılmış evlərindən sağ qalan bir-iki əşyanı daşıyır. Evləri Hələbin şimalındakı Doudyan kəndindədir. (Reuters/Khalil Ashawi)

İstanbuldakı Reina gecəklubunda hücumda həlak olan Yunus Görmekin dəfn mərasimi. Yeni il gecəki gecəklubuna olan silahlı hücumda 39 nəfər ölüb.  (AFP/Bulent Kilic)

Pakistanda Quetta əyalətində uşaqlar peyvənd edilir- küçədə. (Reuters/Naseer Ahmed)