2014-cü il fotolarda

1 yanvar. Kiyevdə Maydanda etiraz aksiyası keçirən demokratik islahat tərəfdarları yeni ili qarşılayırlar. (Valentyn Ogirenko, Reuters)

6 yanvar. ABŞ-ın Çikaqo şəhəri son dövr tarixinin ən soyuq qışını yaşadı, Miçiqan gölü dondu.  (Scott Olson, Getty Images)

21 yanvar. Suriyanın Hələb şəhərində hökumət qüvvələrinin hava zərbələrindən qaçmağa çalışan kişi uşağı da xilas etmək istəyir. (Ammar Abdullah, Reuters)

4 fevral. Əfqanıstanda aralarında qadınlar da olan keçmiş Taliban yaraqlıları polis idarəsində əli qandallı dayanıblar. (Abdul Mueed, epa)

7 fevral. Soçidə Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi. (Phil Noble, Reuters)

19 fevral. Soçidə Qış Olimpiya Oyunları ilə əlaqədar müxalifət mövqeli çıxışları ilə məşhur olan Pussy Riot qrupunun üzvlərinə mühafizə üçün yaradılan kazak hücum edir. (Morry Gash, AP)

21 fevral. Ukrayna prezidenti Viktor Yanukovich paytaxtı tərk edib, parlament onun səlahiyyətlərinin əlindən alınmasına səs verib. Kiyev küçələrində barrikadalardan birində görüntü.  (Bulent Kilic, AFP)

25 fevra. Argentinada evlənən seksual azlıq olan 2 rus. Rusiyanın özündə seksual azlıqlara qarşı təzyiqlər daha da artıb. (Daniel Garcia, AFP)

27 fevral. Vyanda Opera salonunda açılış zamanı iştirakçılar zala daxil olurlar. (Herbert Neubauer, epa)

24 mart. Rusiyanın Krımı ilhaq etməsindən az sonra Rusiya bayrağı ilə bu yarımadada hərəkət edən maşın. (Shamil Zhumatov, Reuters)

28 mart. Rusiyanın uzaq şərq regionunda sökülmüş sualtı qayığın qalıqları daşınır. (Yuri Maltsev, Reuters)

5 aprel. Əfqan qadınlar Məzari Şərifdə prezident seçkisi günü səs vermək üçün məntəqədə növbəyə durublar. (Zohra Bensemra, Reuters)

6 aprel. Macarıstanın paytaxtı Budapeştdə parlament seçkisi zamanı məntəqədə milli geyimli qadınlar. Bu seçkidə o zamankı Baş nazirə daha 4 il hakimiyyətdə qalmaq şansı verildi. (Laszlo Balogh, Reuters)

23 aprel. Yerevanda aksiya iştirakçıları Türkiyə bayrağını yandırırlar. Ermənilər iddia edirlər ki, 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərə qarşı soyqırımı edilib. Türkiyə iddiaları rədd edir. (Hayk Baghdasaryan, Photolure)

30 aprel. İraqda parlament seçkisində iştirak etmiş qadınlar rənglənmiş barmaqlarını nümayiş etdirilər. (Sabah Arar, AFP)

11 may. Eurovision mahnı müsabiqəsinin qalibi olmuş seksual azlığın nümayəndəsi Conchita Wurst Vyanada mətbuat konfransında. (Georg Hochmuth, AFP)

13 may. Türkiyənin Manisa şəhərində kömür mədənində partlayışda onlarla fəhlə həlak oldu, xilas edilən fəhlələrdən birinin yaxını onu qarşılayır. (Bulent Kilic, AFP)

16 may. Çeçenistanın Arqun şəhərində bu respublikanın rəhbəri Ramzan Kadyrovun anasının adına olan məscidin açılış mərasimi. (RFE/RL's Radio Marsho)

16 may. Bosniyada sel fəlakətindən xilas edilən sakinlər. (Dado Ruvi, Reuters)

6 iyun. 1944-cü ildə Müttəfiq qüvvələrin Faşist Almaniyasına qarşı Normandiyaya qoşun çıxarmasının ildönümü münasibətilə keçirilən hərbi paradda həmin dövrdə Britaniya ordusunda qulluq etmiş Fred Glover. (Andy Rain, epa)

10 iyun. Talibanın hücumundan sonra Pakistanın Kəraçi hava limanı. (Athar Hussain, Reuters)

10 iyul. Suriyanın Hələb şəhərində hökumət qüvvələrinin bombarmanlarında yaranmış çuxurlarda toplanan suda uşaqlar çimirlər. (Hosam Katan, Reuters)

17 iyul. Malayziyanın sərnişi təyyarəsinin Ukraynanın Rusiya yönümlü separatçıların nəzrət etdiyi ərazilərinə düşən qalıqları. Bu təyyarədə 298 nəfər həlak oldu. (Alexander Khudoteply, AFP)

26 iyul. Qəzza yaxınlığında İsrail hava zərbələri ilə yerlə bir edilmiş yaşayış evləri. (Oliver Weiken, epa)

7 avqust. Kiyevin Müstəqillik Meydanında fəallarla polis arasında qarşıdurma zamanı din xadimi də yanan oda təkər atır. (Sergei Supinsky, AFP)

11 avqust. Kosovoda Qyakova şəhərində keçirilən yarışda idmançı 22 metr yüksəklikdə körpüdən çaya tullanır. (Armend Nimani, AFP)

11 avqust. İraqda İslam Dövlət yaraqlılarından qaçan yezidi kürd ailələr Suriya ilə sərhəddə. (Rodi Said, Reuters)

13 avqust. Çinin Jeianq əyalətində sel daşqını zamanı körpünü keçməyə çalışan sakinlər. (Reuters)

26 avqust. Rusiya yönümlü silahlı separatçıların nəzarətində olan Ukraynanın Donetsk şəhərində dağıdılmış evlərdən birinin mətbəxi. (Sergei Ilnitsky, epa)

7 sentyabr. Belorusun paytaxtı Minskin yaxınlığında Ozerco qəsəbəsində milli folklor vestivalında iştirakçılar samanlıqda oynayırlar. (Uladz Hrydzin, AFP)

11 sentyabr. Rusiyanın Soyuz kosmik gəmisində Qazaxıstan ərazisinə enən kosmonavt Oleg Artemyev enişdən az sonra. (Maxim Shipenkov, Reuters)

17 sentyabr. Serbiyanın Tekija kəndi üzləşdiyi sel fəlakətindən az sonra. (Djordje Kojadinovic, Reuters)

21 sentyabr. Stavrapolda milli geyimli qadınlar bir marketin boş səbətləri qarşısında rəqs edirlər. Bundan az öncə Moskva Qərb ölkələrindən ərzaq mallarının alınmasına qadağa qoyub. (Eduard Korniyenko, Reuters)

24 sentyabr. Gürcüstanın paytaxtı Tbilisidə Qudauri qəsəbəsində qızı ilə oynayan ana. (Kirill Kudryavtsev, AFP)

25 sentyabr. Liberiyanın paytaxtında Ebola xəbərdarlığı. (Ahmad Jallanzo, epa)

22 oktyabr. Suriyanın Kobani şəhərinə hücum edən İslam Dövləti yaraqlılarına qarşı ABŞ təyyarələrinin havadan zərbələri Türkiyə tərəfdən belə görünür. (Bulent Kilic, AFP)

28 oktyabr. Pakistanın Kəraçi şəhərində çimərlikdə tabletlə foto çəkən qızlar. (Akhtar Soomro, Reuters)

28 oktyabr. Hon-Konq-da demokratik islahatlar tələb edən aksiyaçılar çətirlərlə küçələrə çıxıblar. (Damir Sagolj, Reuters)

29 oktyabr. Ukraynanın şərqində Rusiya yönümlü silahlı separatçıların nəzarəti altında keçirilən erkən parlament seçkisi. (Stanislav Krasilnikov, TASS)

5 noyabr. Əfqanıstanın Cəlilabad regionunda açıq havada dərs keçən uşaqlar. (Parwiz, Reuters)

17 noyabr. Çex Respublikasının paytaxtı Praqada Rusiya-Ukrayna qarşıdurmasında Moskvanın mövqeyini müdafiə edən prezidentə aksiyaçılar qırmızı vərəqə göstərirlər.  (David W. Cerny, Reuters)

28 noyabr. Nepalda Bariyapur şəhərində dini mərasim zamanı qurban kəsilən kalçalar. (Navesh Chitrakar, Reuters)

4 dekabr. Çeçenistanın paytaxtı Qroznıda yaraqlılarla döyüşdən az sonra yanğın söndürənlər hadisə yerində. (Kazbek Vakhayev, epa)

7 dekabr. Kazaxıstanın Almaatı şəhərində dilənçi qadının ətrafında uçuşan göyərçinlər. (Shamil Zhumatov, Reuters)

9 dekabr. Pakistanlı təhsil fəalı Malala Yousafzai təltif edildiyi Nobel Mükfatını qəbul etdikdən az sonra Osloda dostları ilə şəkil çəkdirir. (Odd Andersen, AFP)

17 dekabr. Hindistanda uşaqlar Taliban hücumu ilə Pakistanda həmyaşıdlarının öldürülməsinə etiraz edirlər. Peşəvər şəhərində Talibanın hücumunda əksəriyyəti uşaqlar olan 141 nəfər həlak oldu.