Həftənin fotoları

3 Oktyabr. Belorusun paytaxtı Minskdə trolleybus gözləyən qadın. Həmin gün Belorusda ictyimai nəqliyyatda gediş haqları 12 faiz artırılıb. (REUTERS/Vasily Fedosenko)

Dinamo Kiyevin fanları oktyabrın 3-də Kiyevdə Olimpiya Stadionunda Dinamo Zaqreblə görüş zaman saxlanan həmkarlarına dəstək nümayiş etdirirlər. (REUTERS/Gleb Garanich)

Bakıda qız uşaqlarının orta məktəblərə hicabla getmələrinə icazə verilməsi tələbilə keçirilən etiraz aksiyasından görüntü. 5 oktyabr 2012

Bakıda qız uşaqlarının orta məktəblərə hicabla getmələrinə icazə verilməsi tələbilə keçirilən etiraz aksiyasından görüntü. 5 oktyabr 2012

Oktyabrın 3-də Qırğızıstanın paytaxtı Bişkəkdə müxalifətin keçirdiyi etiraz aksiyasında dava çıxıb. (Reuters/Vladimir Pirogov)

Belorusda polis əməkdaşı öz iti ilə Daxili İşlər Nazirliyinin yaranmasının 60 illiyi münasibətilə keçirilən yarışda maneələrdən tullanır. 4 oktyabr 2012. (REUTERS/Vasily Fedosenko)

Oktyabrın 3-də Çin Səddi üzərinə toplaşan turistlər. Çində oktyabrın 7- qədər davam edən 8 günlük Milli Gün tətili keçirilib. (REUTERS)

Oktyabrın 2-də Moskvada Vinzavod rəsm qalereyasının girişini tutan kazaklar. Onlar həmin gün Pussy Riot rok qrupuna dəstək üçün keçirilən sərgiyə etiraz edirlər. (ITAR-TASS)

Oktyabrın 2-də Kəraçinin Clifton çimərliyində yaşıl çay satan 20 yaşlı Rahmet Gul`ün batmaqda olan Günəş şüaları qarşısında şəkli. (REUTERS/Athar Hussain)

Oktyabrın 1-də Suriyanın Hələb şəhərində gedən döyüşlərdə yaralanan bir müxalifət döyüşçüsü Dar al-Shifa xəstəxanasında. (AFP/Zac Baillie)

Oktyabrın 2-də Suriyanın İdlib şəhərində vurulmuş hökumət qüvvələrinə aid bir tank. (REUTERS/Abdalghne Karoof)

Oktyabrın 5-də Kosovo paytaxtı Priştinada süd vəzi xərçəngi ilə mübarizə üçün təşkil edilən kampaniyada etnik alban baletlər. (AFP/Armend Nimani)

Bolqarıstanda Maglizh şəhərində hökumətin evini buldozerlə uçurduğu roma qadın bu cür reaksiya verir.  (Reuters/Stoyan Nenov)

Fransada arılan göy bə yaşıl rəngli bal toplayıblar. Yerli sakinlər bunun yaxınlıqda olan M&M`s konfeti istehsal edən fabrikin tullantılarından yarandığını deyirlər. Çünki arılar rəngli konfetlərin istehsal edildiyi fabrikdə tullantılardan daşıyıb özlərinə rəngli bal toplamış ola bilərlər. (REUTERS/Vincent Kessler)