Ötən həftənin fotoları: 19-26 may
Mayın 21-də Bakıda Euriovision-2012 mahnı müsabiqəsindən az əvvəl müxalifətin etiraz aksiyasında tutulanlardan biri. (Reuters/David Mdzinarishvili)
Britaniya Kraliçası II Elizabeth 1977-ci ildə tax-taca sahib olmasının 25-ci ildönümünü qeyd edərəkən. 2012-ci ildə isə onun taxt-taca sahib olmasının 60-cı ildönümüdür. (Reuters/Suzanne Plunkett)
Mayın 23-də Əfqanıstanın Qəndəhar əyalətində ABŞ və Əfqanıstan əsgərləri keşikdə ikən yerli sakin onların yanlarından keçir. (Reuters/Shamil Zhumatov)
Əfqanıstan milli ordusunun əsgəri mayın 22-də ABŞ əsgərləri ilə birgə patrul növbəsindən əvvəl yuxusunu alır. (Reuters/Danish Siddiqui)
Mayın 25-də Əfqanıstanın Loqar əyalətində Talibanla fəal döyüş əməliyyatında olan ABŞ əsgərləri.
Pakistanda qızılgül ləçəyi qurudan kişi. 22 may, Lahor. (Reuters/Mohsin Raza)
Mayın 25-də Beynəlxalq Kosmik Stansiyaya enməyə hazırlaşan ilk özəl kosmik gəmi. (Reuters)
Mayın 20-də prezident seçkisində qalib gələn Serbiyanın millətçi lideri Tomislav Nikolic-in tərəfdarı qələbə sevincini yaşayır. (Reuters/Djorde Kojadinovic)
Mayın 20-də Serbiya paytaxtında milıətçi Tomislav Nikolicin prezident seçkisində qələbəsi bayram edilir. (AFP/Dimatar Dilkoff)
Mayın 23-də Pakistanda sübh tezdən ova çıxan balıqçılar. (Reuters/Athar Hussain)
Mayın 20-də Ukraynanın Mavilər Forumunun rəhbəri Svyatoslav Sheremet naməlum adamlar tərəfindən döyülərkən. (Reuters/Anatolii Stepanov)
Ukraynanın Lvov şəhərində FEMEN qadın təşkilatının fəalı bu ölklədə keçiriləcək futbol üzrə 2012-ci ilin Avropa Çempionatının kubokunu götürməytə çalışır. 24 may. (AFP/Yuriy Dyachshyn)
Yəməndə mayın 21-də paytaxt Sanaada terror aktı zamanı həlak olmuş onlarla əsgərin təntənəli dəfn mərasimi. Mərasim mayın 24-də keçirilib. (Reuters)
Bosniya-Herseqovinada Serebnica şəhəri yaxınlığında mayın 25-də baş vermiş seldə evi ziyan çəkmiş qadın. (Reuters/Dado Ruvic)
Ukrayna parlamentində mayın 24-də keçirilən iclasda iqtidar və müxalifət partiyalarından olan deputatların əlbəyaxa davası. (Reuters)
Mayın 20-də İtaliyada baş vermiş zəlzələdən ziyan çəkən qüllədəki saatın qalığı. (Reuters/Giorgio Benvenuti)
Belorusda xüsusi təyinatlı polis dəstəsi əməkdaşı mayın 22-də keçirilən təlim zamanı. (Reuters/Vasily Fedosenko)
Bakıda Eurovision-2012 mahnı müsabiqəsinin finalı, 26 may 2012-ci il.
Eurovision-2012 mahnı müsabiqəsinin qalibi İsveçli Loreen.