Həftənin fotoları: 2-8 iyun
Danimarkada ənənəvi Grindadrap - balina ovu mövsümü başlayıb. (Reuters/Andrija Ilic)
Ukraynada rus dilinə ölkənin şərq əyalətlərində xüsusi status verilməsinə dair qanun layihəsinin müzakirəsi zamanı parlamentin binası qarşısında müxalifətin etiraz aksiyasını polis dağıdır. (Reuters/Gleb Garanich)
Moskvada futbol üzrə Rusiya yığma komandası Polşaya Avropa Çempionatına yola salınır. (AFP/Kirill Kudryavtsev)
Əfqanıstanın Loqar əyalətində NATO-nun hava zərbələrindən sonra yerli sakinlər dağıntılar altında yaxınlarının cəsədlərinin qalıqlarını axtarıalr. (Reuters)
Şimali Koreya lideri Kim Jong Un Koreya Gənclər Təşkilatının 66-cı ildönümü üçün Pxenyanda keçirilən tədbirdə. (AFP PHOTO/KCNA via KNS)
Misirin paytaxtı Qahirədə Tahrir Meydanında etiraz aksiyası iştirakçısı qum və kapron butulka qapağı ilə bu sözləri yazır: "İnqilab davam edir, Azad Misir, rədd olsun hərbi hakimiyyət". (Reuters/Amr Abdallah Dalsh)
Fransa paytaxtı Parisdə keçirilən çempionatda Serbiya tennisçisi oyun zamanı. (Reuters/Benoit Tessier)
Əfqanıstanın Kunar əyalətində ABŞ əsgəri açıq məkanda snayperdən qorunmaq üçün qaçır. (Reuters/Tim Wimborne)
Qazaxıstanın Aktau şəhərində 2011-ci ilin dekabrında Janaozen şəhərində baş vermiş qarşıdurmaya görə tutulanların məhkəməsi gedir. Polis məhkəməni izləməyə gələnlərin qarşısını kəsib. (Reuters/Olga Yaroslavskaya)
Moskvada etiraz aksiyalarına görə külli miqdarda cərimə nəzərdə tutan qanun layihəsinin qəbuluna etiraz edənlərdən biri saxlanır. (Reuters/Sergei Karpukhin)
Venera planetinin Günəşin qarşısına keçdiyi vaxt Rusiyanın İvanovo regionunda bu cür görünüb. (ITAR-TASS/Vladimir Smirnov)