Peterburqda Putinin şəkli üzərində ‘Ölməz Kaşşey’ yazan etirazçı saxlanılıb

Putin, arxiv foto

Sankt-Peterburqda, Putinin şəkli özərində "Ölməz Kaşşey" yazılmış plakatla taksiya keçirən Yevgeni Kozlovu polis saxalayıb. Gənc fəal bununla konstitusiya dəyişikliyinə etiraz edirmiş.

Polis saxlanmanın səbəbini izah etməyib. Piketdə 10 dəqiqədən çox dayanmağı bacaran gəncin yaxınlıqdakı polis şöbəsinə aparıldığı bildiriir.

Vladimir Putin Konstitusiyasına dəyişiklik edilməsi planı ilə bağlı Federal Məclisə müraciət etdiyini yanvarın 15-də açıqlayıb. Sözügedən qanun layihəsində ölkənin əsas qanununun 22 maddəsinə dəyişiklik təklif edilir.

Xüsusilə prezident Rusiya Konstitusiyasının beynəlxalq hüquq normalarından üstünlüyünü və Dövlət Şurasının status və rolunu təmin etməyi təklif edib.

Müxalifət Putinin 2024-cü ildə prezidentlik müddəti bitəndən sonra Dövlət Şurasına rəhbərlik etmək istədiyi üçün belə bir addım atdığını və bununla da o, yenidən hakimiyyətdə qalmaq istədiyini bildirir.

Konstitusiyaya dəyişikliklər haqqında qanun Rusiya Dövlət Duması tərəfindən yekdilliklə birinci oxunuşda qəbul edilib. İkinci oxunuş fevralın 11-nə planlaşdırılıb.

Konstitusiya dəyişikliklərinə dair ümumxalq səsverməsi aprel ayına planlaşdırılır. Amma qanun layihəsində səsvermə formatı barədə heç nə deyilmir.