Ceyhun Həsənov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Bununla bağlı iyulun 10-da Prezident İlham Əliyev sərəncam imzalayıb.
Prezidentinin digər sərəncamına əsasən, ədliyyə nazirinin müavini - Penitensiar Xidmətinin rəisi vəzifəsinə Mirsaleh Seyidov təyin olunub.
Ədliyyə general-leytenantı C.Həsənov Penitensiar Xidmətinin rəisi vəzifəsinə 2016-cı ildə təyin olunmuşdu.
Ədliyyə polkovniki M.Seyidov təyinatdan öncə Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb. Onun adı bir sıra siyasi işlərdə keçmişdi.