'Cavab verəcəksən!' – Beş nəfər Paşinyanı ölümlə hədələdi
Sizin brauzer HTML5-i dəstəkləmir
Sosial mediada Nikol Paşinyanın öldürüləcəyi barədə videomüraciət yayılıb. Görüntülərdə beş nəfərlik qrup Ermənistanın baş nazirini Qarabağı təslim etməkdə günahlandırır və onun öz əməllərinə görə məsuliyyət daşıyacağını bildirir. Hadisənin təfərrüatları hələlik tam aydınlaşmasa da, Yerevandan olan siyasi şərhçi Ruben Mehrabyan bu təhdidi Rusiya ilə əlaqələndirir: "Bu cür cəhdlər hər zaman Rusiyanın Ermənistandakı təsirini qoruyub saxlaması məqsədilə edilir". Ermənistan müxalifəti isə iddia edir ki, Paşinyan hər dəfə çətin vəziyyətə düşəndə özünə qarşı "sui-qəsd" ssenariləri qurur.