Paşinyan vəzifədən gedib yeni Konstitusiya ilə daha çox səlahiyyət ala bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsini irəli sürüb və sənədin qəbulu üçün növbəti seçkilərdə yenidən hökumət başçısı postuna namizəd olmamağı da təklif edib. Lakin təhlilçilərin fikrincə, yeni layihə təsdiqlənsə, parlament sədrinin səlahiyyətləri baş nazirdən daha çox olacaq və Paşinyan bütün gücü yenə öz əlində saxlaya biləcək. Bəs müxalifət buna niyə razılaşmır və proseslər necə davam edəcək? "Əslində" bu suallara cavab axtarıb.