Martın 17-də Mərkəzi Seçki Komissiyası (MSK) VI çağırış Milli Məclisin deputatı Şahin Seyidzadənin deputat səlahiyyətlərinə xitam verib.
Bu barədə "Turan"a MSK-dan bildirilib.
Boş qalan deputat yerləri 7-yə çatdı
Milli Məclisin deputatı Şahin Seyidzadə "İçərişəhər" Tarix-Memarlıq Qoruğunun İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi ilə bağlı deputat mandatından imtina barədə ərizə yazıb.
Bu barədə “Turan”Agentliyinin xəbərində bildirilir.
Azərbaycan qanunvericiliyinə əsasən, deputat icra hakimiyyətində vəzifə tutarkən, eyni zamanda, elmi və pedaqoji fəaliyyətdən başqa ödənişli işlə məşğul ola bilməz.
Prezident İlham Əliyevin bu il martın 3-də imzaladığı sərəncamla Ş. Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Bunnla da 125 yerdən ibarət Azərbaycan parlamentində boş qalan yerlərin sayı 7-ə çatacaq.
2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərdə 4 dairədə nəticələr ləğv edilib. O, vaxtdan həmin yerlərə seçkilər keçirilməyib.
Üstəlik, daha bir deputat seçkilərdən sonra vəfat edib. Bundan başqa, deputat Eldəniz Səlimova qarşı cinayət işi və onun barəsində qüvvəyə minmiş hökmlə əlaqədar onun səlahiyyətlərinə də xitam verilib.
Həmin yerlərə də, hələlik, təkrar seçkilər təyin edilmir.