Papa əməliyyat olunub

Papa Fransisk Vatikanda

Əməliyyatdan bir neçə saat öncə papa Müqəddəs Pyotr Meydanında bazar günü ibadəti keçirib, gözlənən əməliyyat haqda isə heç bir söz deməyib

Papa Fransisk Romada planlı cərrahiyyə əməliyyatından sonra özünü yaxşı hiss edir. Bu haqda Vatikan iyulun 4-də açıqlama yayıb.

84 yaşlı Papanın bağırsağında ümumi anesteziya ilə əməliyyat aparılıb. Vatikanın sözçüsü əməliyyatın nə qədər çəkdiyini və papanın xəstəxanada nə qədər qalacağını açıqlamayıb.

Əməliyyatdan bir neçə saat öncə papa Müqəddəs Pyotr Meydanında bazar günü ibadəti keçirib, gözlənən əməliyyat haqda isə heç bir söz deməyib.

O, sentyabrda Macarıstana və Slovakiyaya gedəcəyini açıqlayıb.

Fransisk 2013-cü ildə papa seçiləndən ilk dəfədir xəstəxanaya düşür.