Məscidə hücumda azı 45 nəfər həlak olub

Məscid partlayışdan sonra

Hücuma görə məsuliyyəti götürən olmayıb

Pakistan polisi Peşəvərdə məsciddə iki intiharçının törətdiyi partlayışda azı 45 nəfərin həlak olduğunu, 65 nəfərin yaralandığını bildirir. Hadisə namaz vaxtı baş verib.

Yerli xəstəxanadan Radio Maşal-a deyilib ki, yaralılardan çoxunun vəziyyəti ağırdır, ölü sayı arta bilər.

İki nəfərin polisə atəş açdığı bir polis əməkdaşını öldürdüyü, daha sonra məscidə girdiyi xəbər verilir. Məscidin içində isə partlayış törədilib.

Hücuma görə məsuliyyəti götürən olmayıb.