Pakistan region ölkələri arasında ticarət və əlaqələrin inkişafı ilə bağlı gələn həftə İslamabadda konfrans keçirir.
İqtisadi Əməkdaşlıq Təşkilatı martın 1-də sammit keçirəcək. Beynəlxalq ticarət, enerji, turizm, iqtisadi inkişaf, məhsuldarlıq, sosial rifah və ətraf mühit mövzuları sammitdə müzakirə ediləcək.
Bu təşkilat 1985-ci ildə Tükiyə, İran və Pakistanın iştirakı ilə yaradılıb. 7 il sonra Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Kazaxıstan, Qırğızıstan və Əfqanıstan bu təşkilata qoşulub.