Pakistanın Əfqanıstanla sərhəddə əməliyyat keçirib
Pakistanda 83 nəfərin ölümünə səbəb olan terror hadisəsindən sonra 100 terrorçu öldürülüb.
Pakistanın baş naziri Navaz Sherif Sehvan şəhərində türbə ziyarəti zamanı terrorda yaralananlara baş çəkib. Bu arada Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəd bölgədə əməliyyat keçirib. 100-dən çox terrorçu öldürülüb. 76 terrorçunun təslim edilməsiylə bağlı Kabilə çağırış edilib.
Fevralın 16-da baş verən terror zamanı 83 nəfər ölüb. 100-ə yaxın adam hazırda xəstəxanalarda müalicə olunur.
Terrorla bağlı məsuliyyəti "İslam Dövləti" qruplaşması üstünə götürüb.