Əliyevlə danışan Özgür Özəl Əli Kərimliyə də zəng edə bilərmi?
Sizin brauzer HTML5-i dəstəkləmir
Ərdoğanın Bakı səfərinin ardından İlham Əliyevlə Türkiyə ana müxalifətinin lideri Özgür Özəlin telefon danışığı fərqli siyasi şərhlərə yol açıb. Ekspertlər bu zəngi sıradan bayram təbriki saysalar da, Bakı–Ankara münasibətləri fonunda yeni bir sual yaranır: rəsmi Bakı Türkiyə müxalifəti ilə təmas qurduğu halda, Ankara Azərbaycan müxalifəti ilə dialoqa gedə bilərmi?