Ötən il Rusiyanı tərk edənlərin sayının 1 milyona çatdığı bildirilir

Gürcüstan-Rusiya sərhəddində "Yuxarı Lars" keçid məntəqəsi, arxiv foto

Rusiyadan çox sayda insan axının Ukraynadakı müharibyə cəlb olunması üçün elan edilən kütləvi səfərbərliklə bağlı olduğu bildirilir

2022-ci ildə Rusiyadan Özbəkistana, Qırğızıstana, Tacikistana, Monqolıstana və Ermənistana son 5 ildə rekord həddə Rusiya vətəndaşı gedib.

Rusiya sərhəd xidmətinin açıqladığı rəqəmlərdən belə görünür.

Ölkəni tərk etmənin pik həddi ilin üçüncü rübünə təsadüf edir. Bu miqrasiyanın sentyabrda Rusiyada səfərbərlik elan edilməsi ilə bağlı ola biləcəyi ehtimal edilir.

Buna da bax:

Keçmiş Vaqner komandirinin Norveçdən sığınacaq istədiyi deyilir

Beləki həmin dövrdə hərbi xidmətdən yayınmaq istəyən bir çox Rusiya vətəndaşları ölkəni tərk etdiblər.

Statistika yalnız sərhəd keçidlərinin sayını nəzərə alır ki, bunun da tam mütləq mənzərəni əhatə etmədiyi bildirilir. Bildirilir ki, bura istirahət, iş və şəxsi məqsədlər üçün səfərlər edib sonra geri dönənlər də daxildir.

Bununla belə, “Novaya qazeta” ekspertlərin fikirlərinə istinad edərək ötən ilki mühacirət dalğasının 400-800 min nəfər təşkil etdiyini yazır. Bəzi mənbələr Rusiyanı tərk edənlərin 1 milyona qədər yüksəldiyini bildirir.

Buna da bax:

Hasara dırmaşıb sərhədi keçən rusiyalının Latviya macəraları

O da qeyd edilir ki, 2022 -ci ildə Rusiyadan çıxanların 100 mindən çoxu Gürcüstanda, elə bir o qədəri Qazaxıstanda qalıb. 50-100 min Serbiyaya, 40 minə yaxın Ermənistana . Təxminən 35 min Rusiya vətəndaşının İsrail, Avropa İttifaqı ölkələrinə getdiyi bildirilir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücüm edib və müharibə hələ də davam edir.