Ermənistanda yeni müxalifət partiyası yaradıldı

Vardan Oskanian

İyunun 17-də Yerevanda “Birlik” partiyasının ilk təsis qurultayı keçirilib.

Bu yeni siyasi qüvvəni keçmiş xarici işlər naziri Vardan Oskanian və onun tərəfdarları, xüsusilə də "Çiçəklənən Ermənistan" partiyasından olan deputatlar yaradır.

Vardan Oskanian yeni partiyanın sədri seçilib.

Keçmiş ombudsman Karen Andreasian da yeni partiyaya qoşulmaq qərarına gəlib.

O deyib ki, “Birlik” partiyası nümayişlər də daxil olmaqla hakimiyyətin dəyişməsinə cəhd göstərməlidir.

Qeyd edək ki, Oskanian keçmiş prezident Robert Koçarianın hakimiyyəti dövründə 10 il xarici işlər naziri vəzifəsində çalşıb.

Çoxları və ekspertlər hesab edir ki, Koçarianın Oskanianla yaxın münasibətləri var və ola bilsin ki, yeni yaradılan partiya ilə də birbaşa bağlılığı var.

Ama Andreasian Koçarianın yeni partiya ilə heç bir əlaqəsi olmadığını deyir.

Vardan Oskanian da bundan əvvəl belə bir bəyanat vermişdi.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”

Sizin brauzer HTML5-i dəstəkləmir

Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər