'İlham Əliyevin dostu' seçkini uduza bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Keçmiş diplomat Nahid Cəfərov deyir ki, Macarıstanda hakimiyyət dəyişsə, siyasi kurs da dəyişə bilər: "Macarıstan zaman-zaman özünün veto səlahiyyətindən istifadə edərək Aİ-də Azərbaycan əleyhinə olan qərarları bloklaya bilir. Enerji məsələsində son dərəcə aktiv olan Orban bu vəziyyətdən istifadə edərək Azərbaycan-Aİ münasibətlərinin yumşalmasına təsir göstərə bilib. O ki qaldı insan haqları ilə bağlı məsələlərə, bunu Orbanla əlaqələndirmək doğru olmazdı. Avropa İttifaqında insan hüquqlarına maraq ümumilikdə azalıb".