Dünya neft bazarında 'şok effekti': OPEC dağılır?

Sizin brauzer HTML5-i dəstəkləmir

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal enerji bazarı üçün həlledici bir məqamda Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) tərk etmək qərarına gəlib. İqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, neftin hazırkı yüksək qiyməti fonunda bu addımın Azərbaycana dərhal mənfi təsiri olmayacaq və ölkənin valyuta gəlirləri artmaqda davam edəcək. Lakin ekspert xəbərdarlıq edir ki, uzunmüddətli perspektivdə — xüsusilə geosiyasi gərginliklər azaldıqdan sonra — BƏƏ-nin heç bir məhdudiyyət olmadan hasilatı artırması neftin kəskin ucuzlaşmasına təkan verə bilər.