Xalqın müvəkkili xalqdan 30 dəfə çox maaş almalıdırmı?

Sizin brauzer HTML5-i dəstəkləmir

Niyə hökumət yalnız yüksəkvəzifəli məmur aparatının əməkhaqqının artırılmasında maraqlıdır? Siyasi təhlilçilərin fikrincə, bu sualın cavabını avtoritar idarəetmənin mahiyyətində axtarmaq lazımdır: Rejim xalqın dəstəyini itirsə belə, hakimiyyəti güc strukturları və dövlət aparatı vasitəsilə qoruyub saxlaya bilir. Lakin hökmdarın öz nazirləri və təhlükəsizlik qüvvələri ona qarşı çıxarsa, rejim adətən süquta uğrayır.