Prezident OPEK baş katibini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev martın 16-da Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindonu qəbul edib.

Bu barədə AZƏRTAC-ın yaydığı məlumatda bildirilir.

İ.Əliyev “OPEC plus” ölkələrinin iclasının uğurla keçəcəyinə və bunun neftin qiymətinin sabitləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Məhəmməd Barkindonu isə öz növbəsində “OPEC plus” formatında əməkdaşlığın başlandığı ilk gündən Azərbaycanın bu proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçiriləcək.

Tədbirdə 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunmalıdır.

Hələ, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1.2 milyon barrel azaldılaraq 32.5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

Saziş 2018-ci ilin sonuna kimi uzadılıb. Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər yüksəlib.

Lakin 2018-ci il, iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub.
2018-ci ilin dekabr ayında isə Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr gündəlik neft hasilatını yenidənazaldıb. Bu addım isə neftin qiymətlərində yenidən baş verən ucuzlaşmadan sonra atılıb.

Hazırda Azərbaycan nefti 67 dollar civarinda dəyişir.

Xatırlatma

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) 1960-cı ildə yaranıb. Təşkilatın 10-dan çox üzvü var.