Ərdoğanın Azərbaycanı suçlayan müşaviri istefa verdi: 'Bir gülləylə iki quş vurdular'
Sizin brauzer HTML5-i dəstəkləmir
Türkiyə prezidentinin Azərbaycan məktəblərində hicab qadağasını tənqid edən baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb. Türkiyə mediası onun məhz Bakının tələbi ilə uzaqlaşdırıldığını iddia edir. Siyasi ekspertlər isə bu gedişin arxasında həm Ankara-Bakı xəttindəki gərginliyi azaltmaq, həm də daxili siyasi qüvvələrin maraqlarını təmin etmək məqsədinin dayandığını bildirirlər.