Novruz bayramında 8 gün iş olmayacaq

Nazirlər Kabineti

Bu il Azərbaycanda Novruz bayramı ilə əlaqədar düz səkkiz gün ardıcıl qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin "2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.

Martın 20-si bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Beləliklə, 26 və 27 mart tarixləri də şənbə-bazar gününə təsadüf etdiyindən Novruz bayramı ilə əlaqədar düz səkkiz gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 və 27 mart) iş olmayacaq.

2022-ci ildə yaz fəsli Azərbaycana martın 20-si saat 19:33-də daxil olacaq.

Novruz bayramında baharın gəlişi qeyd edilir. Hər il baharın gəlişində vaxt baxımından dəyişiklik olur.