Martın 21-i Beynəlxalq Novruz Günüdür. Novruz bayramı dünyanın müxtəlif ölkələrində qeyd edilir.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Bu bayramın artıq üç min ildir ki, Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda keçirildiyi bildirilir.
Novruz bayramı yazın gəlişi kimi qeyd edilir. Bu il bahar fəsli Azərbaycana dünən, martın 20-də saat 19-33-də daxil olub.