81 yaşlı alim ikinci dəfə Nobel laureatı oldu

Barri Şarples

81 yaşlı amerikalı kimyaçı Barri Şarples Nobel mükafatının tarixində ona ikinci dəfə layiq görülmüş beşinci şəxs olub

81 yaşlı amerikalı kimyaçı Barri Şarples Nobel mükafatının tarixində ona ikinci dəfə layiq görülmüş beşinci şəxs olub.

Noyabrın 5-də Nobel komitəsi onu, daha iki alimlə – amerikalı Karolin Bertotsi və danimarkalı Morten Meldalla birlikdə 2022-ci ilin kimya üzrə laureat elan edib.

Onlar mükafata “klik kimyası və bioortoqonal kimya metodlarının işlənməsinə” görə layiq görülüblər.

Klik kimyası müxtəlif birləşmələrin sintezi zamanı yan reaksiyaların azaldılması metodudur.

Karolin Bertotsinin əsas töhfə verdiyi bioortoqonal kimya isə canlı hüceyrələrə ziyan vurmadan onların səthində kimyəvi reaksiyalaırn aparılmasına imkan verir.

Buna da bax: Nobel mükafatını qədim insanın genlərini öyrənən alim aldı

Nobel komitəsi habelə oktyabrın 4-də 2022-ci il üçün fizika üzrə mükafatçıları elan edib.

Bunlar fransız Alen Aspe, amerikalı Con Klauzer və avstriyalı Anton Saylingerdir.

Onlar Nobel mükafatına “dolaşıq fotonlarla” eksperimentlərinə, Bella bərabərsizliyi pozulmalarının tədqiqatına və kvant informatikası sahəsində işlərinə görə layiq görülüblər.