Nigeriyada iki partlayış olub, ölənlər var

Foto: arxiv

Oktyabrın 29-da səhər Nigeriyanın Borno əyalətinin mərkəzi Maiduguridə iki partlayış olub. Partlayış nəticəsində 9 nəfər ölüb, çoxlu yaralı var.

Partlayışları 16 mindən artıq qaçqının olduğu düşərgəyə soxulmaq istəyən “Boko Haram” qruplaşması terrorçularının törətdiyi bildirilir.

“Boko Haram” 2009-cu ildən Nigeriyada terror hadisələri törədir. Həmin partlayışlarda indiyə qədər 17 min adam həlak olub.