Seymur Həzi ilə Nigar Yaqublu evləndi- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Nigar Yaqublu və Seymur Həzi evləndi

-

Sizin brauzer HTML5-i dəstəkləmir

Nigar Yaqublu etiraf edir

Avqustun 2-də 17 saylı Cəzaçəkmə Müəssisəsində “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi ilə keçmiş məhbus Nigar Yaqublunun nikahı bağlanıb.

Nikahı Xəzər rayon qeydiyyat şöbəsinin rəisi Nailə Əhmədzadə kəsib.

Nigar Yaqublu Seymur Həzinin soyadını qəbul edib.

Mərasimdə bəylə gəlinin əzizləri iştirak ediblər.

Nikah dünən, avqustun 1-də bağlanmalı idi. Lakin həmin gün 4 saylı “ASAN xidmət” nigahı bağlamaqdan imtina etmişdi.

S. Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb. Jurnalist bu ittihamı rədd edərək, «Azadlıq» qəzetində hakimiyyəti tənqid edən məqalələr yazdığına və «Azərbaycan saatı» proqramında aparıcı olduğuna görə həbs olunduğunu bildirib.

«Amnesty International» təşkilatı S.Həzini vicdan məhbusu kimi tanıyıb.

Digər videoları burdan izlə