Elgiz Qəhrəmanın həbsindən şikayət edildi

Arxiv fotosu: Elgiz Qəhrəman, öndə.

Avqustun 16-da NİDA Gənclər Hərəkatının üzvü Elgiz Qəhrəman barəsində seçilmiş həbs qərarından apelyasiya şikayəti verilib. Bu haqda onun vəkili Nemət Kərimli məlumat verib.

Apellyasiya şikayətində qərarın əsassız olduğu bildirilir, ləğv edilməsi istənilir.

Elgiz Qəhraman avqustun 12-də saxlanmışdı. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilirdi.

Avqustun 15-də bəlli olmuşdu ki, Nərimanov rayon Məhkəməsi iki gün öncə (avqustun 13-də) NİDA-çı gənc barəsində 4 aylıq həbs qərarı verib.

Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur.

Bu ittihamla gənc fəal əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

BUNA DA BAXIN: REAL-çı gənclərə 7 sutka verildi [Video] (Yenilənib)

NİDA Gənclər Hərəkatı Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olması, onun siyasi mövqeyinə görə, həbs edilməsi barədə bəyanat yayıb.

Apellyasiya şikayətinə avqustun 18-də saat Bakı Apellyasiya Məhkəməsində baxılacaq.