Həbsdəki ictimai fəalın ailəsi: 'Öz qulağını və boğazını kəsib'
Sizin brauzer HTML5-i dəstəkləmir
Bugünlərdə cəzası ağırlaşdırılan ictimai fəal Nicat İbrahimin saxlandığı 10 saylı cəzaçəkmə müəssisəsində özünə xəsarət yetirdiyi bildirilir. Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Pərvin İbrahimli məlumat verib. Deyir, hadisədən ötən həftəsonu telefonla danışanda xəbər tutub.