Nicat Əmiraslanova 30 sutka verilib

Nicat Əmiraslanov

Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanova bu gün, mayın 23-də 30 sutka inzibati həbs cəzası verildiyi bildirilir.

N.Əmiraslanovun İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsini pozduğu iddiası ilə cəzalandırıldığı deyilir. Həmin maddədə söhbət polisin qanunu əmrinə tabe olmamaqdan gedir.

+++

Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də saxlanıb.

Bu barədə hüquq müdafiəçisi Bəşir Süleymanlı məlumat yayıb.

Jurnalistin polisə müqavimətdə günahlandırıldığı güman edilir. Ancaq dostları düşünür ki, bu, əslində onun sosial şəbəkələrdə yazdığı statuslarla bağlıdır.

Bu gün, mayın 23-ü N.Əmiraslanovun Qazax Rayon Məhkəməsində hakim önünə çıxarılacağı gözlənir.

Qazax rayon Polis Şöbəsindən N.Əmiraslanovun şöbəyə gətirildiyini və orada saxlandığını təsdiq ediblər. Ancaq jurnalistin nədən saxlandığı açıqlanmayıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyinin münasibətini öyrənmək mümkün olmayıb.