Azərbaycanın neft pulları 2 milyard dollar azalacaq

Dövlət Neft Fondunun aktivləri 2 milyard dollar azalacaq. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2016-cı ilin yekunları üzrə 34 milyard dollara yaxın aktiv gözləyir.

“Turan” bu xəbəri Fondun icraçı direktori Şahmar Mövsümov-a istinadən yayıb.

Şahmar Mövsümov deyib ki, gələn il üçün balanslaşdırılmış büdcə təklif olunub,bu da neftin qiymətindən asılı olacaq:

“Ancaq biz yenə də aktivlərin təxminən 1 milyard dolla artacağını gözləyirik”.