Naxçıvan-Bakı təyyarəsində nə baş verib?

Naxçıvan-Bakı reysi

Oktyabrın 23-ü saat 19:00-da Naxçıvan-Bakı reysini həyata keçirən təyyarədə təhlükəli vəziyyət baş verdiyi bildirilir. Reysin adının çəkilməsini istəməyən sərnişininin "Turan"a verdiyi məlumata görə, salonda duman çıxıb, havanın temperaturu yüksəlib. Onun deməsinə görə, təcili olaraq hər bir sərnişin üçün fərdi maskalar buraxılıb.

Mənbənin əlavə etməsinə görə, əvvəlcə təyyarənin kapitanı sərnişinlərə təhlükə olmadığını və hər şeyin nəzarət altında saxlandığını deyib, Gəncəyə təcili eniş etmək qərarına gəlib: "Daha sonra qərar dəyişdirildi və təyyarə saat 20:00-da Bakıya endi".

AZAL-dan izah

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətindən isə bildirilib ki, aviaşirkətin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılıb: "Təyyarə yerli vaxtla saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib. Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Naxçıvana uçanlar bahalaşma haqda: 'Təki cibləri dolsun, yazıqdırlar'