Naxçıvanlı fermerlər: 'Dərman vururuq, xeyri olmur'

Sizin brauzer HTML5-i dəstəkləmir

Naxçıvanın Babək rayon sakini, fermer Nurani Nəcəfov deyir ki, təsərrüfatındakı heyvanlar üçün zəruri olan dərman preparatlarını əvvəllər şəxsən İran və Türkiyədən gətirirmiş. Amma quru sərhədlərin bağlı qalması və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkəyə gətirilən dərmanlara nəzarəti sərtləşdirməsi yerli fermerlərin işini xeyli çətinləşdirib. Fermer daxili bazarda satılan baytarlıq preparatlarının keyfiyyətindən narazıdır: "Dərmanın üzərində, məsələn, qoyuna 2 qram iynə vurulmalı olduğu yazılır. Amma baxırsan ki, həmin doza ilə nə heyvanın qurdunu öldürmək olur, nə də xəstəliyini sağaltmaq".