Naxçıvanda qanunsuz ov edən şəxs saxlanılıb

Fot: arxiv

Naxçıvanda qanunsuz dağ keçisi ovlayan Nehrəm kənd sakini Bayram Məmmədov saxlanılıb.

APA-nın məlumatına görə, B.Məmmədovun Nehrəm kəndi ərazisində ferması var. İki gün öncə özünün ov silahı ilə dağ keçisi ovlayıb.

Faktla bağlı Babək rayon polis şöbəsində araşdırma aparılır.

2001-ci ildən Naxçıvanda ova qadağa qoyulub. Məqsəd nadir və nəsli kəsilməkdə olan fauna növlərinin qorunması və sayının artırılmasıdır.