Naxçıvan istiqamətində yenə atəşkəs pozulub

Arxiv foto

Naxçıvan istiqamətində atəşkəsin pozulduğu deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 16-sı saat 10.00 və 13.00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri onların Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Açıqlamaya görə, qarşı tərəfə cavab verilib : “Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin yaradılmasına görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. "

Amma bundan bir qədər əvvəl Ermənistan Müdafiə Nazirliyinin məlumatında isə vurğulanırdı ki, iyulun 16-sı həmin istiqamətdə Azərbaycan Ordusu onların mövqelərini atəşə tutub.